Nizamnamə
Təskilatın nizamnaməsini sizə uyğun formatda yukləyin
|
|
|
Memorandum
|
|
|
 |
| Koiçiro Matsuura |
UNESCO Baş Direktorunun tərcümeyi-halı
UNESCO-nun səkkizinci Baş Direktoru Koiçiro Matsuura (1999-cu ildə 6 il müddətinə seçilmişdir) 1937-ci ildə anadan olmuşdur, Yaponiya vətəndaşıdır. Ali təhsilini Yaponiyada və ABŞ-da almışdır. O, iqtisadiyyat və hüquq sahəsində mütəxəssisdir.
Əmək fəaliyyətinə 22 yaşı olarkən Yaponiyanın Qana və Qərbi Afrikadakı Səfirliyinin 3-cü katibi kimi başlamışdır. Sonralar o, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yanında Yaponiya nümayəndəliyində ikinci və sonra birinci katib, Yaponiyanın ABŞ-a Səfirliyinin müşaviri, Yaponiyanın Honq-Konqda konsulu vəzifələrində çalışmışdır.
Vətənə döndükdən sonra K.Matsuura Yaponiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Bürosunun Baş Direktoru vəzifəsinə bir qədər sonra isə Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1994-1999-cu illərdə Yaponiyanın Fransada, eyni zamanda Andorra və Cibutidə Səfiri olmuşdur.
Bir çox əsərlərin müəllifidir. Sonuncu “Ümid faktoru” adlı kitabı Moskvada UNESCO-nun xoş məramlı səfiri Ara Abramyanın maliyyə yardımı ilə rus dilində nəşr edilmişdir.
|
|