|
UNESCO hökumətlərarası təşkilatlarla - xüsusilə də BMT və onun təsisatları ilə sıx əməkdaşlıq edir.
Bu məqsədlə UNESCO BMT-nin İnkişaf Qrupuna qoşulmuş və BMT-nin həyata keçirdiyi siyasət, strategiya və proqramlarına dair hökumətlərarası və katibliklərarası toplantılarda iştirak edir. UNESCO həmçinin BMT sistemində təşşəbbüs göstərir və BMT Baş Assambleyasının və digər qurumlarının hesabatlarının hazırlanmasına yardım edir.
UNESCO-nun strateji məqsədləri və proqram prioritetləri büdcədən kənar vəsaitlərin təmin olunmasıdır. Odur ki, UNESCO BMT sistemi, Avropa təsisatları və inkişaf banklarına istər maliyyə mənbəyi baxımından, istərsə də ümumi əməkdaşlıq üçün böyük əhəmiyyət verir.
|